La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli oldu

İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

Sports.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real" Madrid) bu ad uğrunda mübarizə aparıb.

"Atletik" ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar