Roberto Karlos Dieqo Simeonenin Tibo Kurtuaya qarşı ittihamlarını cavabladı

Braziliya futbolunun əfsanəsi Roberto Karlos Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeonenin, “Real”ın belçikalı qapıçısı Tibo Kurtuanı “döşəkçilər”in azarkeşlərini təxribata sürükləməkdə ittiham edən sözlərini cavablayıb.

Sports.az Roberto Karlosun bu barədə fikrini təqdim edir:

“Simeoneyə böyük hörmətim və məhəbbətim var. Onun öz rənglərini qoruması adi haldır. Oxudum, gördüm ki, azarkeşlərin təxribata çəkildiyini deyib. Simeone əla məşqçidir, fikrini deməyə davam etsin, amma sonda baş vermiş hadisələr ispan futbolu üçün çirkin təzahürlərdir. Kurtua qolu qeyd etməkdən başqa heç nə etmədi, insanları təhqir etməyib, heç bir əl-qol atmayıb”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar