Mourinyo “Everton”u çalışdıra bilər

“Everton”un yeni sahibi Den Fridkin hazırda “Fənərbaxça”nı çalışdıran məşhur portuqal mütəxəssis Joze Mourinyonu “qənnadçılar”ın yeni baş məşqçisi kimi nəzərdən keçirir.

Sports.az xəbər verir ki, Fridkin “Everton”un hazırkı baş məşqçisi Şon Dayçı bu vəzifəyə uyğun mütəxəssis olaraq görmür.

Bununla bağlı, Dayçın müqaviləsi cari mövsümün sonunda başa çatdıqda, ingilis mütəxəssislə müqavilə yenilənməyəcək.

Eyni zamanda, vurğulanır ki, “Roma”nın da sahibi olan amerikan iş adamı Fridkin, 2021-2024-cü illərdə “canavarlar”a başçılıq etmiş Mourinyonun iş üsullarına yaxşı bələddir və “Mour”un italyan klubundan xoşagəlməz ayrılığına rəğmən, portuqal mütəxəssislə yeni iş birliyinin uğurlu ola biləcəyinə inanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar