“Real”ın kapitanı ciddi zədə aldı

İspaniya La Liqasının 9-cu turunda "Real"ın (Madrid) kapitanı Dani Karvahal ciddi zədə alıb.

Sports.az xəbər verir ki, "Kral klubu"nun doğma meydanda "Vilyarreal"ı qəbul etdiyi matçın sonlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub.

Göz yaşlarını saxlaya bilməyən Karvahal meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Qarşılaşma "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar