Dünya futbolu
Antuan Qrizmannla Aleksander Sörlot “Reale Arena”da fitə basıldılar
07.10.2024 | 20:45
“Real Sosyedad” azarkeşləri Madrid “Atletiko”su ilə İspaniya La Liqasının 9-cu tur oyununda (1:1) “döşəkçilər”in hücumçuları Antuan Qrizmann və Aleksander Sörlotu fitə basıblar.
Sports.az xəbər verir ki, Qrizmann hər dəfə topa sahib olanda fitə basılıb, bəzi azarkeşlər isə fransalı futbolçuya hətta ölüm arzulayıblar.
“Atletiko”nun norveçli hücumçusu Aleksander Sorlot da təhqir edilib.
Vurğulayaq ki, “Reale Arena” stadionunun ekranlarında irqçilik və dözümsüzlük təzahürlərinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq göstərilib, bundan sonra azarkeşlər özlərini daha sakit aparmağa başlayıblar.
Xatırladaq ki, Antuan Qrizmann 2009-2014-cü illərdə, Aleksander Sörlot isə 2021-2023-cü illərdə “Real Sosyed”da çıxış ediblər.