Digər
“Şəki”nin məşqçilər korpusuna daha bir mütəxəssis qoşuldu
09.10.2024 | 19:45
"Şəki" basketbol klubunun məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub.
Sports.az xəbər verir ki, ötən mövsüm də "Şəki"də çalışmış Etibar Bağırov klubda 3-cü məşqçi funksiyasını icra edəcək.
O, komandanın fitnes hazırlığına cavabdehlik daşıyacaq.
Komandanın baş məşqçisi türkiyəli Bedri Meriç, köməkçisi isə Vüqar Musayev olacaq.