Azərbaycan atıcılarından DÇ-də tarixi nəticə

Azərbaycan atıcılarından DÇ-də tarixi nəticə

Azərbaycan güllə atıcıları Perunun Lima şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixi nəticəyə imza atıb.

Sports.az xəbər verir ki, ilk dəfə olaraq müstəqil Azərbaycanın gənc atıcıları gənclər arasında dünya çempionatında medal əldə ediblər.

Mundiala 7 idmançı ilə qoşulan yığmamız yarışları ümumi medal sıralamasına görə 12-ci pillədə başa vurub.

Çempionatın ilk günündə qızlardan ibarət komandamız – Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalova komandalararası 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə keçirilən yarışın finalında uğurla çıxış edərək gümüş medal əldə ediblər. Onlar yalnız Hindistan komandasına məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
İmran Qarayev oğlanlar arasında 50 metr məsafəyə atəş yarışında qızıl medal qazanıb. O, final mərhələsində 552 xalla Rumıniyalı rəqibini geridə qoyaraq gənclər üzrə dünya çempionu titulunu qazanıb.Eyni gündə digər idmançımız Sofiya Barxalova qızlar arasında 50 metr məsafəyə atəş yarışında 535 xal toplayaraq bürünc medala sahib çıxıb.

Bundan əlavə, fərdi yarışlarda Zeynəb Sultanova və Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışlarda final mərhələsinə ikinci olaraq vəsiqə qazansalar da, mübarizəni 5-ci pillədə başa vurublar. Ümumilikdə 51 ölkədən 566 idmançının iştirak etdiyi çempionatda yalnız 15 ölkə, o cümlədən Azərbaycan çempionluq sevincini yaşayıb.

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar