Haland ata olacaq

Norveç yığmasının və “Mançester Siti”nin 24 yaşlı  hücumçusu Erlinq Halandın ailəsi uşaq dünyaya gətirəcək.

Sports.az xəbər verir ki, futbolçu özü bu barədə məlumat verib.

Əvvəlcə, Haland UEFA Millətlər Liqasının 3-cü turunun Sloveniya yığmasına qarşı oyununda (3:0) vurduğu qoldan sonra topu köynəyinin altında gizləyərək, müvafiq hallar üçün ənənəvi surətdə qeyd edib. Daha sonra isə “qoçlu vikinq” müvafiq məlumatı özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar