“Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq”

“Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq”

“Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq”.

Sports.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib:

Mütəxəssis komandanın yeni mövsümə hazırlığından danışıb:

"Hazırlıq prosesindən razıyam. İki yoxlama oyunu keçirdik. Oyunçuların, bütün komandanın müsbət və mənfi cəhətlərini gördük. Bu mövsüm ən gənc komandamız olacaq. Ən təcrübəli oyunçumuz 25 yaşlı Əkbər Məmmədovdur. Bütün oyunçular oynamaq üçün böyük bir istəklə gəldilər. Çox ağır çempionat gözləyirəm. Keçən mövsüm autsayderlərə qarşı matçlar da olurdu. Bu il belə olmayacaq. Hər oyun vacibdir. A qrupunda bütün komandalar güclənib, keyfiyyətli legionerlər cəlb ediblər. Yeni limit daha sürətli basketbol deməkdir".

Baxşıyev hədəflərin heç vaxt dəyişmədiyini söyləyib:

"Bir çox məşqçilər deyirlər ki, onların məqsədi pley –offa çıxmaqdır. Həmişə bir məqsədimiz olub – çempionluq. Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdır. NTD klubunda hədəflər heç vaxt dəyişməyib. Bəli, çətin olacaq. Liqada "Sabah" kimi komanda var. Onlar avrokuboklarda oynayırlar, güclü legionerlərə malikdirlər. Amma biz yalnız çempionluq üçün oynayacağıq".

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabın 18-də start veriləcək.

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar