Badminton Federasiyasına yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib

Badminton Federasiyasına yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib

Azərbaycan Badminton Federasiyasına (ABF) yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib.

Sports.az xəbər verir ki, ABF-nin ümumi yığıncağındakı açıq səsvermədə Kəmalə Şahbazova və Teymur Hüseynov qurumun yeni vitse-prezidentləri, Elio Bevilacqua və Ceyhun Məmmədəliyev isə İdarə Heyətinin yeni üzvləri seçiliblər.

İnteraktiv şəkildə keçirilən iclasda açıq müzakirə təşkil edilib. Son illərdə badmintonun ölkəmizdə inkişafı istiqamətində kifayət qədər iş görüldüyünü deyən Taleh Ziyadov növbəti 4 il üçün əsas hədəflərdən birinin bu idman növü ilə faəl məşğul olanların sayını 10000-ə çatdırmaq olduğunu bildirib.

Tədbirdə məşqçilərdən, idmançılardan, hakimlərdən və texniki heyətdən ibarət ABF-nin ümumi yığıncağı federasiya prezidenti Taleh Ziyadovun sədrliyi ilə keçirilib. İclasında illik hesabat, 4 ili əhatə edəcək inkişaf strategiyası, ötən ilin maliyyə hesabatı və federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi təsdiqlənib.

Baş katib Ramil Hacıyev 2024-cü ilə dair hesabatla çıxış edərək Azərbaycan Badminton Federasiyasının qarşıdakı 4 ili əhatə edəcək inkişaf strategiyasını və ötən ilin maliyyə hesabatını təqdim edib.

Ardınca çıxış üçün söz alan Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrin müqabilində ölkəmizin reytinq siyahısında irəlilədiyini vurğulayaraq komandamızın müxtəlif yaş qrupları üzrə rəqabətədavamlı heyətinin formalaşdığını bildirib.

ABF-nin marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək, 2024-cü ildə hakimlərimizin bir sıra beynəlxalq turnirlərə dəvət aldığını qeyd edib.
İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov kütləviliyin artırılması məqsədi ilə bu sahənin inkişafı ilə bağlı görülmüş və görüləcək işlərə dair təqdimatla çıxış edib.

Son xəbərlər
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
DAHA ÇOX

Ən çox oxunanlar