“Zədədən sonra oynamaq çətindir” - Millimizin üzvü

“Zədədən sonra oynamaq çətindir” - Millimizin üzvü

“Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım”.

Sports.az xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Azərbaycan millisinin də üzvü olan oyunçu "Quba"ya 90:62 hesabı ilə qalib gəldikləri Basketbol Liqasının II tur matçı ilə bağlı danışıb:

“Komandamız çempionata yaxşı başlayıb. İki görüş keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub. "Gəncə”nin uğurlu çıxışı oyunlarda düzgün taktika seçməklə bağlıdı: “Rəqibləri təhlil edib onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur. "Quba" ilə qarşılaşmadan əvvəl demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim matçlarda kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.

Əkbərov qarşıdakı matçdan da danışıb. “Ordu” ilə səfər oyununun hər iki tərəf üçün çətin keçəcəyini vurğulayıb:

“Həm biz, həm də onlar iddialıdırlar. B qrupunun favoritləriyik və demək olar ki, eyni gücdəyik. Qələbə ən çox bunu arzulayanın, meydanda can qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələ bilərik, inşallah, belə də olacaq. Mən buna inanıram”.

Qeyd edək ki, "Ordu" - "Gəncə" qarşılaşması noyabrın 2-də olacaq.

Son xəbərlər
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
“Qarabağ” “Çelsi”yə qarşı - YENİLƏNİR
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar