AVF prezidenti 16 yaşadək voleybolçularla görüşüb

AVF prezidenti 16 yaşadək voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov 16 yaşadək voleybolçularla görüşüb.

Sports.az xəbər verir ki, oktyabrın 30-da GİN-nin Voleybol  Mərkəzində baş tutan görüşdə federasiyanın vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, qızlardan və oğlanlardan ibarət U-16 yığma komandaların oyunçuları və onların valideynləri iştirak ediblər.

Voleybolçuları və valideynləri salamlayan Ş.Bağırov ölkəmizdə bu idman növünün inkişafı, həmçinin istedadlı voleybolçuların müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Komandalarda ucaboylu və perspektivli gənclərin olduğunu deyən federasiya rəhbəri qeyd edib ki, onlar öz üzərlərində daha çox çalışmalıdırlar. Vurğulayıb ki, həm məşqçilərimiz, həm də voleybolçularımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək üçün əllərindən gələni etməlidirlər. Ş.Bağırov bu gün gənc komandalarda olan idmançıların yaxın gələcəkdə əsas milli komandalarda da çıxış edəcəklərinə inandığını bildirib.

Uşaqların voleybolla yanaşı, dərslərinə də ciddi yanaşmalı olduqlarını vurğulayan qurum rəhbəri bununla bağlı voleybolçulara və valideynlərə tövsiyələrini verib.

Şahin Bağırov valideynlərə dəstəklərinə görə təşəkkürünü bildirib, noyabrda beynəlxalq yarışda iştirak edəcək U-16 yığma komandamızın üzvlərinə uğurlar arzulayıb.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
“Qarabağ” “Çelsi”yə qarşı - YENİLƏNİR
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar