Xames Rodriges “Rayo Valyekano”nu tərk edə bilər

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges karyerasını “Rayo Valyekano”da davam etdirmək niyyətində deyil.

Sports.az xəbər verir ki, böyük ehtimalla kolumbiyalı futbolçu qarşıdakı qış transfer pəncərəsində klubu tərk edə bilər.

Rodriges artıq klub prezidenti Raul Presa ilə öz gedişini müzakirə etmək üçün görüşüb. Futbolçunun komandanın baş məşqçisi, ispan mütəxəssis İnyiqo Pereslə münasibətindən narazı olduğu dəqiqləşib. Böyük ehtimalla kolumbiyalı futbolçu “Latsio”ya keçə bilər. Roma təmsilçisi daha əvvəl futbolçu ilə maraqlanmışdı.

Xatırladaq ki, Rodriges cari mövsümün əvvəlində “Rayo Valyekano”ya keçmişdi.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar