Fərid Qayıbov idmançılarımızın Gimnaziadadakı uğurundan yazdı

Fərid Qayıbov idmançılarımızın Gimnaziadadakı uğurundan yazdı

“Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir”.

Sports.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışı ilə bağlı yazıb.

Nazir ötənilki gimnaziadada iştirak etmədiklərini xatırladıb:

"Öncəki yarışda ölkəmiz cəmi iki medal qazanmışdı. Bu dəfə isə 160 idmançı ilə 16 idman növündə iştirak edən ölkəmiz 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 77 medal qazandı, ölkəmiz ümumi sıralamada 7-ci yeri tutdu. Bədii və aerobika gimnastikası, boks, güləş, taekvondo, qılıncoynatma, cüdo, paracüdo və paraüzgüçülükdə medallar qazanıldı. Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir. Şübhəsiz ki, xarici ölkələrdən olan həmyaşıdları ilə tanışlıq əlaqələri qurmaq, bu cür multi-idman yarışında beynəlxalq təcrübə qazanmaq onlar üçün böyük önəm daşıyır".

Qayıbov yunan-Roma güləşçilərinin Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanmasına da toxunub:

"Yunan-Roma güləşçilərimizin 3 qızıl medalla dünya çempionu olmaları, Eldəniz Əzizlinin 4-cü dəfə dünya çempionluğu da sevindirici oldu. İdman tariximizdə ilk dəfə olaraq qadın güləşçimiz Jalə Əliyevanın 23 yaşadək idmançılar arasında dünya çempionluğu, atıcılıq üzrə gənclər arasında dünya çempionatında İmran Qarayevin qızıl medal qazanması, idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kubokunda Nikita Simonovun, "Böyük Dəbilqə" turnirində cüdoçumuz Zelim Tçkayevin qızıl medalları və digər uğurlar oktyabr uğurlarının bir hissəsidir. Komanda növlərində də "Azərreyl"in çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi olması, region komandası olan Mingəçevir “Kür”ünün kişi həndbolçular arasında Avropa Kubokunun 3-cü mərhələsinə yüksəlməsi də nailiyyətdir. Dünya birinciliyində gənc boksçularımızın uğurlu çıxışları da sabaha inamı möhkəmləndirdi. Gənclərdən ibarət millimiz ilk dəfədir ki, yalnız bir dünya çempionatında 5 medal qazanmağı bacardı. Bütün idmançılarımızı uğurları münasibətilə təbrik edirəm".

Son xəbərlər
“Qarabağ” “Çelsi”yə qarşı - YENİLƏNİR
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
DAHA ÇOX

Ən çox oxunanlar