AÇ-də 12 medal qazanmış atletlərimiz vətənə qayıdıblar

AÇ-də 12 medal qazanmış atletlərimiz vətənə qayıdıblar

Polşanın Raşin şəhərində keçirilmiş Avropa birinciliyində 12 medal qazanmış ağırlıqqaldırma üzrə yığma komandamızın üzvləri bu gün vətənə qayıdıblar. 

Sports.az xəbər verir ki, atletlərimizi Heydər Əliyev Beynəlxalq hava limanında idman ictimaiyyətinin üzvləri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Avropa birinciliyində medallar qazanmış idmançılarımızdan Ravin Alməmmədov və Əli Şükürlü media nümayəndələrinin suallarını cavablandırıblar.

Ravin Alməmmədov: “Əlbəttə ki, yarışa çox yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi təlim-məşq toplanışımızın yüksək səviyyədə keçməsi üçün hər şeyi etmişdi. Avropa birinciliyinə medallar qazanmaq üçün yollanmışdıq və bunu bacardıq. Belə yarışlarda zəif rəqib olmur. Amma bununla hədəflərimiz bitmir, gələcək yarışlarda daha yaxşı çıxış etmək niyyətindəyəm”.

Əli Şükürlü: “Federasiya rəhbərliyi başda olmaqla qələbəmizdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Texnika və güc öz yerində amma bizim idman növündə motivasiya da çox önəmlidir. Qələbəmizdə məhz bu amil həlledici oldu. Çalışacağıq ki bundan sonrakı yarışlarda da etimadı doğruldaq”.

İdmançılarımız Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb. Onlardan Ravin Alməmmədov 1 qızıl, 2 gümüş, Ömər Cavadov qızıl, Əli Şükürlü 1 gümüş, 2 bürünc, Qasım İsmayılov 2 bürünc, Tehran Məmmədov gümüş, Fuad Həsənov 2 bürünc medala sahib olub.

Son xəbərlər
“Qarabağ” “Çelsi”yə qarşı - YENİLƏNİR
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
DAHA ÇOX

Ən çox oxunanlar