Digər
AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
08.11.2024 | 16:40
Azərbaycan Voleybol Federasiyasının (AVF) kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
Sports.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında Çelenc kubokunun 1/16 finalında “Rapid Buxarest" (Rumıniya) və “Roma Volley” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcək.
Komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.