“Sumqayıtda özümü çox rahat hiss edirəm” – Amerikalı basketbolçu

“Sumqayıtda özümü çox rahat hiss edirəm” – Amerikalı basketbolçu

“Sumqayıt”ın basketbolçusu Derrik Nyuton klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, amerikalı forvard əvvəlcə komandanın ilk 3 oyunda məğlubiyyətlərindən danışıb:

“İlk turda “Ordu” ilə matça çox yaxşı başlamışdıq. Amma Saadettin Donatın fol limiti ilə üzləşib kənarda qalması işimizi çətinə saldı. Nəticədə rəqib təşəbbüsü ələ aldı və qalib gəldi. “Lənkəran”la matçın gedişində isə onun zədələnməsi bütün planlarımızı alt-üst etdi. Nəticədə yenə də üstünlüyümüzü əldən verib uduzduq. “Şəki” ilə matçda isə zədəlilərlə bağlı problemlər məğlubiyyətimizə yol açdı”.

O, indiki vəziyyətdə pley-offa vəsiqə haqda proqnoz verməyin yersiz olduğunu bildirib: “İndidən danışmaq tezdir. Hələ komandaya yeni oyunçular cəlb edilməlidir. Məhz onların gəlişindən və “Sumqayıt”a verəcəkləri xeyiri görəndən sonra pley-off haqda danışmaq olar”.

Məğlubiyyətlərə baxmayaraq, Nyuton komandadakı atmosferdən məmnun olduğunu söyləyib: “Kollektivdə ab-havaya söz ola bilməz. Oyunçular bir-biri ilə dostdur, biz bir ailə kimiyik. Elə Sumqayıt sakinləri də bizə dəstək verir. Təəssüf ki, biz onları hələ də sevindirə bilmirik”

Nyuton Azərbaycan çempionatının səviyyəsi haqda da fikirlərini bölüşüb: “Liqanın səviyyəsini yüksək qiymətləndirirəm. Komandaların 4 əcnəbi və 1 yerli ilə mübarizə aparması bizə meydanda daha çox vaxt keçirməyə imkan yaradır”. 

Derrik ölkəmizdə özünü çox rahat hiss etdiyini də bildirib: “Hər şey əladır. Yeməklərinizi çox bəyənirəm. Sumqayıtda özümü çox rahat hiss edirəm. Ümumiyyətlə Azərbaycanı çox sevirəm. Hələ Bakının özü bir ayrı aləmdir. O ki qaldı boş vaxtlarıma, TV proqramları izləyirəm, restoranlara baş çəkirəm və “PlayStation” oynayıram”.

Son xəbərlər
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
DAHA ÇOX

Ən çox oxunanlar