“Şəki ilə ABŞ şəhəri arasında oxşarlıq tapmaq mümkündür”

“Şəki ilə ABŞ şəhəri arasında oxşarlıq tapmaq mümkündür”

“Şəki ilə bu şəhər arasında oxşarlıqlar tapmaq mümkündür. Məsələn, hər ikisində dağ təbiəti var”.

Sports.az xəbər verir ki, bunu "Şəki"nin ABŞ-dən olan basketbolçusu Aleks Koldvell klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, ölkəsindəki Cənubi Karolina ştatının mərkəzi olan Kolumbiya şəhərini Şəki ilə müqayisə də edib:

"Yaşadığım şəhərlə Şəki arasında çox fərqlər var. Xüsusən bu fərq dəniz baxımındandır (Kolumbiya Atlantik okeanının sahilində yerləşir). Bu mənim fikrimdir. Ancaq Kolumbiya da böyük şəhər deyil".

Oyunçu Azərbaycan Basketbol Liqasının ilk üç turunda 2 qələbə və 1 məğlubiyyət əldə etmələrinə toxunub:

"Biz uşaqlarla danışmışdıq ki, ən çox müdafiə barədə düşünməliyik. İlk 2 turdan sonra bu qənaətə gəldik ki, müdafiə planında problem var. Bakıda uduzduğumuz matç bizə "soyuq duş" təsiri bağışladı. Bu səbəbdən də sonuncu turda müdafiə baxımından daha yaxşı çıxış etdik".

Aleks Koldvell öz çıxışının da hələlik pis alınmadığını bildirib:

"Performansımı burada göstərə bilirəm. Sonuncu oyunda əlimizə çoxlu xal toplamaq üçün yaxşı fürsət düşmüşdü. Mən də bu şansdan yararlandım".

Daha əvvəl Albaniyanın "Beselidya" klubunda çıxış edən basketbolçu iki ölkənin liqalarını müqayisə etmək istəmədiyini söyləyib:

"Ancaq deyə bilərəm ki, sabiq komandamda çox yaxşı yerlərdə oynamış basketbolçular var idi. Məncə, liqa önəm daşımır. Əsas komandaların tərkibində yer alan oyunçuların səviyyəsidir".

Son xəbərlər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
“Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - Qullit
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
DAHA ÇOX

Ən çox oxunanlar