“Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük”

“Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük”

"Naxçıvan"ı baş məşqçisi Murat Dikmen "Abşeron"a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 4-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"İlk olaraq “Abşeron” kollektivini təbrik edirəm, çox yaxşı komanda formalaşdırıblar. Əslində böyük fasilədən öncə artıq öz oyunumuzu göstərməyə başladıq. İkinci periodda fərqi bir qədər azaltdıq. Fasilədə basketbolçularıma oyun planını dəyişdirməli olduğumuzu bildirdim. Çünki rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi. Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük. Həqiqətən üçüncü və dördüncü periodda müdafiədə yaxşı oyun sərgilədik. Hələ mövsümün əvvəlindəyik və məğlubiyyətsiz davam edirik. Növbəti həftə “Sabah” ilə liderlik matçına çıxacağıq. O görüşdə də layiqli mübarizə aparsaq, istəyimizə nail olacağıq".

"Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
“Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - Qullit
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
DAHA ÇOX

Ən çox oxunanlar