AGF “Lokomotiv”in güləş bölməsini zəruri inventarla təmin edib

AGF “Lokomotiv”in güləş bölməsini zəruri inventarla təmin edib

Azərbaycan Güləş Federasiyası (AGF) maddi-texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Sports.az xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində yerləşən “Lokomotiv” İdman Cəmiyyətinin güləş bölməsi də AGF tərəfindən zəruri inventarla təmin edilib və maddi-texniki dəstək verilib. 

Federasiya nümayəndələri zəngin güləş ənənələri olan bölmədə yaradılmış şəraitlə tanış olub. AGF İcraiyyə Komitəsinin üzvü, olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi, müstəqillik tariximizin ilk dünya çempionu Arif Abdullayev, yunan-Roma güləşi üzrə U-20 millli komandanın məşqçisi, olimpiya mükafatçısı Emin Əhmədov və AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov çıxış edib. Onlar “Lokomotiv”in güləş ənənələrini xatırladıb və federasiyanın dəstəyindən sonra yenidən bu məktəbdə nüfuzlu yarışların qalib və mükafatçılarının yetişəcəyinə inandıqlarını bildiriblər.

Hal-hazırda məşqçilər Fuad Aydınlı, Amil Məmmədov, İbrahim Hadıyev və Həbib Nurulunun rəhbərliyi altında yunan-Roma və sərbəst güləş üzrə bütün yaş qrupları üzrə 150-dən artıq idmançı “Lokomotiv”in güləş bölməsində fəaliyyət göstərir.

Qeyd edək ki, bu məktəbin yetirmələri Zaur Əliyev, Tural Əhmədov, Əsmər Cankurtaran, Fatimə Bayramova, Xudayar Kərimov, Elşad Abbasov, Nihat Məhərrəmov və Gülnar Ağadadaşova nüfuzlu yarışların qalib və mükafatçısı olub.

Son xəbərlər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
“Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - Qullit
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
DAHA ÇOX

Ən çox oxunanlar