Millimizin baş məşqçisi komandaya təqdim edilib

Millimizin baş məşqçisi komandaya təqdim edilib

Azərbaycanın boks millisinin baş məşqçisi Ravşan Xocayev komandaya təqdim edilib.

Sports.az xəbər verir ki, təqdimat Azərbaycan Boks Federasiyasının (ABF) növbəti iclası zamanı baş tutub.

Toplantıda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub. ABF-nin vitse-prezidenti Vüsal Nəsirli 2024-cü ili Azərbaycan boksu üçün uğurlu adlandırıb.

O, Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.

V.Nəsirli yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadadan gözləntilərin daha böyük olduğunu vurğulayıb. O bildirib ki, hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti olimpiadada qazanmaq üçün bütün lazımi addımlar atılacaq.

Federasiya rəsmisi tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcəyini, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacağını, müəyyən təkmilləşdirmə işlərinin aparılacağını qeyd edib.

Ardınca yığmanın baş məşqçisi Xocayevin qarşısına qoyulan hədəflər açıqlanıb. Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.

Daha sonra milli komandaların həkimi Zaur Abdullayev boksçuların sağlamlıq durumu haqqında və görülmüş işlər barədə hesabat verib.

İclasda məşqçi, hakim və boksçuların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Son xəbərlər
Levandovski qışda “Barselona”dan ayrıla bilər
Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib
Azərbaycanlı hakimə növbəti etimad
“Qarabağ” "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət etdi
Endrik gələcəyi ilə bağlı qərar verdi
“Qarabağ” – "Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırıldı
“Liviya ilə matçda əla mübarizə apardıq”
“Qarabağ” - “Çelsi” oyunu üçün şərflər satışda
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
“Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - Qullit
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
Şevalye PSJ haqda qənaətini açıqladı
“Real” hücumçusunu “Mançester Yunayted”ə buraxmadı
Xabi Alonso “Real” üçün yeni “Toni Kroos” tapdı
“Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
DAHA ÇOX

Ən çox oxunanlar