Üçnövçülük üzrə Azərbaycan çempionatı keçirilib

Üçnövçülük üzrə Azərbaycan çempionatı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "İstedadlı uşaqların müəyyən edilməsi layihəsi" çərçivəsində Tofik Karayev mükafatı uğrunda üçnövçülük yarışı keçirilib.

Sports.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov atletikada ilk addımlarını atan iştirakçılara uğurlar arzulayıb və əsas məqsədin istedadlı uşaqların müəyyən edilərək onlara lazımi dəstəyin göstərilməsindən ibarət olduğunu bildirib.

SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim Tofiq Karayevin şərəfinə həsr olunmuş 27-ci ölkə yarışında paytaxtla yanaşı, Gəncə, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə və Astaradan olan 2011/2012-ci il təvəllüdlü 80 iştirakçı mübarizə aparıb. 60, 200 metr məsafəyə qaçış və uzunluğa tullanma üzrə mübarizənin yekununda oğlanlarda Oqtay Xudiyev, qızlarda isə Səlma Ağabəyova hər 3 növdə birinci olaraq üçnövçülüyün qalibi adını qazanıblar.

"İstedadlı uşaqların müəyyən edilməsi layihəsi" çərçivəsində Avropa Atletikasının dəstəyi ilə dekabrın 5-də təşkil olunmuş digər yarışda Olimpiya Mədəniyyəti və Təhsil Proqramına qatılan 140 məktəblinin qüvvəsi nəzərdən keçirilib.

Son xəbərlər
“Napoli” “Mançester Yunayted”in yarımmüdafiəçisini icarəyə götürməyə hazırdır
Azərbaycan derbilərində 13 avtoqol qeydə alınıb
Millimizin seçmə mərhələdəki oyunlarının başlama saatı və hakimləri bəlli oldu
Azərbaycan derbisi: “Qarabağ”ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb
“Barselona” Haland müqabilində Olmonu təklif edir
Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
Günün oyunları – TV
Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
“Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - Qullit
UEFA Gənclər Liqası: Təmsilçilərimiz növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
Şevalye PSJ haqda qənaətini açıqladı
“Real” hücumçusunu “Mançester Yunayted”ə buraxmadı
Xabi Alonso “Real” üçün yeni “Toni Kroos” tapdı
“Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
DAHA ÇOX

Ən çox oxunanlar