Digər
ABL: “Quba” “Şəki”yə qarşı

15.12.2024 | 11:20
Azərbaycan Basketbol Liqasının 6-cı turunda "Quba" doğma meydanda "Şəki" ilə qarşılaşacaq.
Sports.az xəbər verir ki, B qrupunda keçiriləcək görüş Quba Olimpiya Kompleksində, saat 17:00-da başlayacaq.
"Quba" hazırda turnir cədvəlində 7 xalla beşinci yerdə qərarlaşıb. Üçüncü pillədə olan "Şəki"nin isə 8 xalı var.
Əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81), "Gəncə" "Lənkəranı" (94:66), "Abşeron" isə NTD-ni (89:75) məğlub edib.
Son xəbərlər





























