Digər
Azərbaycan təmsilçilərindən “Edu Sport Trophy” yarışında gümüş medal

16.12.2024 | 12:45
Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növündə təmsil edən Maksin Uederbi - Aleksandr Kolosovski cütlüyü Rumıniyanın Otopeni şəhərində keçirilən “Edu Sport Trophy” yarışında gümüş medal qazanıb.
Bu barədə Sports.az-a Qış İdman Növləri Federasiyasından məlumat verilib.
İdmançılar 160.26 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Qeyd edək ki, “Edu Sport Trophy” yarışında 8 cütlük mübarizə aparıb.
Son xəbərlər





























