Digər
Yüksək Liqada növbəti turun proqramı açıqlandı

17.12.2024 | 13:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü turun proqramı bəlli olub.
Sports.az xəbər veri rki, oyunlar dekabrın 19-da keçiriləcək.
İlin son matçları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.
Saat 15:00-da Gəncə İdman Sarayında “Gəncə” UNEC-i qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal" ilə üz-üzə gələcək.
Son xəbərlər





























