AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Dəyirmi masada çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidopinq sahəsində səylər çox önəmlidir:

“Bildiyiniz kimi, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidentiyəm. Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidopinq siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olunub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidopinq siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidopinq Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq".

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. AMADA rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təhsilin antidopinq sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada həmçinin antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turuna bu gün yekun vurulacaq
Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaqlar
Qravenberx “Liverpul”dakı gələcəyi ilə bağlı sualı cavabladı
Matteus Voltemade haqda qənaətini açıqladı
Noyer “Bayern”lə müqaviləsinə dair danışdı
Şevalye PSJ haqda qənaətini açıqladı
“Real” hücumçusunu “Mançester Yunayted”ə buraxmadı
Xabi Alonso “Real” üçün yeni “Toni Kroos” tapdı
“Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
DAHA ÇOX

Ən çox oxunanlar