Dünya futbolu
Raşfordun bəyanatı “Mançester Yunayted” düşərgəsində hiddət doğurdu
23.12.2024 | 13:30
“Mançester Yunayted”in bəzi futbolçuları, İngiltərə Premyer Liqasının 16-cı turunun “Mançester Siti” ilə səfər oyunu (1:2) üçün heyətə daxil edilmədikdən sonra karyerasında yeni çağırışa hazır olduğunu bəyan etmiş, “qırmızı şeytanlar”ın 27 yaşlı ingilis son cinah hücumçusu Markus Raşfordun bu açıqlamasından hiddətləniblər.
Sports.az xatırladır ki, mətbuatda Raşfordun satışa çıxarılacağı haqda müxtəlif səpgili xəbərlər var.
Vurğulanır ki, Pol Poqba və Cessi Linqard kimi oyunçuların “Mançester Yunayted”dən ayrılması ilə Raşfordun komandada çox yaxın dostu yoxdur, ona görə də Markus kifayət qədər sakitdir və lider kimi davranmır.