Digər
				“Neftçi” uduzdu, MOİK qalib gəldi

12.02.2025 | 22:45
					Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-cu tura start verilib.
Sports.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
MOİK "Gənclər"i 3:1, "Xilasedici" isə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Tura fevralın 13-də gerçəkləşəcək "Murov Az Terminal" - "Azərreyl" oyunu ilə yekun vurulacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























