Kasparovu döyüb bayıra atdılar - Qalmaqal

Kasparovu döyüb bayıra atdılar - Qalmaqal

Harri Kasparov 1963-cü il aprelin 13-ü Bakıda dünyaya gəlib.

Atası Kim Moiseyeviç Vaynşteyn yəhudiəsilli, anası Klara Şagenovna Kasparova erməniəsilli olub.

Harrinin atası 1971-ci ildə 40 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Bundan 4 il sonra anası Harriyə öz soyadını verib.

Gənc yaşlarında pivə həvəskarı olan Harri anasından çəkinirmiş. Amma ilk imkanda pivələməyə qaçırmış. Və bir gün "Kafe-avtomat" adlı pivəxanada böyük qalmaqal yaradıb. O, içkili vəziyyətdə dava salıb və döyülərək obyektdən bayıra atılıb.

Paytaxtın Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan prospekti) yerləşən məkan o zaman Bakıda tanınan iş adamı "Rıjiy" ləqəbli Ağasəlim Xəlilova məxsus imiş. Xəlilov o vaxt şəhərin məşhur "Çənlibel" restoranın da sahibi imiş.

Bar stilində olan "Kafe-avtomat"da jetonla pivə verilirmiş.

Həmin davanı unutmayan Kasparov 1985-ci ildə dünya çempionu olduqdan sonra qisas almağa qərar verib. O, dövlətin Azneft meydanı yaxınlığında "Şahmat mərkəzi" açmaq istəyinə təsir edərək, yuxarıları "Kafe-avtomat"ın bunun üçün ən uyğun yer olduğuna inandırıb.

Beləliklə, "Kafe-avtomat" tarixə köçüb, indiki Füzuli meydanının yanında yerləşən xalq arasında "Şahmat klubu" kimi tanınan Respublika Şahmat Mərkəzi (sovet dövrü Bakı Şahmat Mərkəzi) yaranıb.

Zamanla Ağasəlim Xəlilovun oğlu, görkəmli iş adamı İsgəndər Xəlilov atasının obyektini sahibinə qaytarıb.

Harri isə çörəyini yeyib, suyunu içdiyi, hər cür dəstək gördüyü Azərbaycana qarşı ədalətsiz çıxışlar edib.

Halbuki, vaxtilə "Neftçi" ilə SSRİ çempionatının bürünc medalını qazanmış, "ağ-qaralar"da oynadığı vaxt dünya çempionatının medalına sahib olmuş bir başqa Bakı ermənisi Eduard Markarov kimi indiyəcən Azərbaycan haqda heç bir mənfi fikir bildirməyən idmançılar da var. Özü də Kasparovdan fərqli Markarov Bakıdan sonra yalnız Ermənistanda yaşayıb.

Sports.az

Son xəbərlər
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar