Digər
				AÇ: Millimiz ikinci oyunda da məğlub oldu

13.02.2025 | 14:20
					Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.
Sports.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv 1-ci qrupda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.
Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
Son xəbərlər
		
									
									
									
									
									
									




























