Digər
				“Komanda ruhu göstərə bildik”

14.02.2025 | 22:10
					"Azərreyl"in üzvü Anastasiya Şupianiova qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 11-ci turunda "Milli Aviasiya Akademiyası" ilə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Sports.az xəbər verir ki, o, qələbəyə görə sevincli olduqlarını bildirib:
“Bu gün oyun bizim üstünlüyümüz şəraitində keçdi. Məşqçinin bütün təlimatlarına əməl etdik, həmçinin komanda ruhu göstərə bildik. Bəli, oyunlarımızın alınmadığı günlər də oldu. Bizə sadəcə bir-birimizin oyununa öyrəşmək lazım idi. Ümid edirəm ki, bundan sonra eyni templə irəliləyərək yaxşı nəticələr əldə edə biləcəyik”.
"Azərreyl" - "Milli Aviasiya Akademiyası" qarşılaşması birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
		
									
									
									
									
									
									




























