Digər
				“Gəncə” “Abşeron”a qarşı

15.02.2025 | 11:45
					Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci tura bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutacaq.
"Gəncə" evdə "Abşeron"la üz-üzə gələcək. Gəncə İdman Sarayında reallaşacaq görüş 15:00-da başlayacaq.
Hazırda "Abşeron" turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb. Üçüncü olan "Gəncə"nin isə 17 xalı var.
Turun ötən gün keçirilən görüşlərində "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. "Murov Az Terminal" isə UNEC-i 3:0 hesabı ilə üstələyib.
Son xəbərlər
		
									
									
									
									
									
									




























