Digər
				Bu gün 11-ci turun oyunları keçiriləcək

18.02.2025 | 11:15
					Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 11-ci turun oyunları keçiriləcək.
Sports.az xəbər verir ki, matçlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşəcək.
Sumqayıt Olimpiya Kompleksində "Gənclər" "Xilasedici" ilə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək.
Eyni saatda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” MOİK-lə qarşılaşacaq. Saat 18:00-da isə eyni arenada "Neftçi" və "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.
"Murov Az Terminal" hazırda 24 xalla liderdir. "Xilasedici" 23 xalla ikinci, "Azərreyl" 22 xalla üçüncü pillədə qərarlaşıb. "Neftçi" 15 xalla dördüncü, MOİK 5 xalla beşinci, "Gənclər" 1 xalla sonuncu - altıncıdır.
Son xəbərlər
		
									
									
									
									
									
									




























