Digər
				Millimiz ilk oyununu keçirəcək

18.02.2025 | 12:30
					Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
Sports.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığmamız Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























