Dörd boksçumuz beynəlxalq turnirin finalında

Dörd boksçumuz beynəlxalq turnirin finalında

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.

Sports.az xəbər verir ki, yarımfinalda rinqə çıxan Azərbaycan millisinin 4 idmançısı finala yüksəlib.

Hikmət Məmmədov (48 kq) Sebestian Preda (Rumıniya) ilə qarşılaşıb və ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, həlledici görüşdə Ruslan Budniçenko (Ukrayna) ilə döyüşəcək.

Zidan Hümbətov Daniel Turcanla (Moldova) qüvvəsini sınayıb. 54 kq-da mübarizə aparan boksçumuz rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov finalda Oleksandr Paşiçenko (Ukrayna) ilə üz-üzə gələcək.

Sübhan Babayev (57 kq) da komanda yoldaşlarının uğurunu təkrarlayıb. O, ukraynlı Maksim Çekindən üstün olub – 5:0 (30:27, 30:27, 30:26, 29:28, 30:27). Təmsilçimiz qızıl medal uğrunda görüşdə Stefan Udroiu (Rumıniya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Cəfərov (+92 kq) Volodimir Derkaçı ilk raundda tam üstünlüklə məğlub edib. O, finalda Denis Cucu (Rumıniya) ilə döyüşəcək.

Bilalhəbaşi Nəzərovla (51 kq) Abbasqulu Şadlinski (75 kq) isə 1/4 final döyüşünə çıxıblar. Onlar müvafiq olaraq, Andrei Virson (Rumıniya) və Renat Qiyaslı (Azərbaycan) ilə üz-üzə gəliblər. Nəzərov üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Andrei Turbureanu ilə münasibətinə aydınlıq gətirəcək. Şadlinski isə komanda yoldaşını 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz növbəti görüşündə Halil Sami (Bolqarıstan) ilə qarşılaşacaq.

Digər boksçularımızdan Baqir Əmirxanlı (60 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüsenli (92 kq) finala yüksələ bilmədiklərindən bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışa fevralın 23-də yekun vurulacaq.

Son xəbərlər
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
“Barselona” “Bayern”in ulduzunu satın ala bilər
AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
Millimizin oyunlarının başlama saatı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar