Azərbaycan boksçularından “Drakula Open”də 9 medal

Azərbaycan boksçularından “Drakula Open”də 9 medal

Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula Open” beynəlxalq turnirinə yekun vurulub.

Sports.az xəbər verir ki, 23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçumuz birinci yeri tutub.

Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn boksçumuz millimizin qızıl medal sayını 4-ə yüksəldib.

Digər boksçularımızdan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.

“Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci olub.

Son xəbərlər
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
“Barselona” “Bayern”in ulduzunu satın ala bilər
AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
Millimizin oyunlarının başlama saatı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar