“Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır” - Regekampf

“Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır” - Regekampf

“Neftçi”nin baş məşçqisi Laurentsiu Regekampf Premyer Liqanın 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, rumıniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Həm azarkeşlər, həm də tamaşaçılar üçün yaxşı oyun alındı. Hər iki tərəf qol epizodları yaradırdı. Qonaqlar aqressiv və kobud oynadılar. Amma sarı vərəqələri ancaq bizim komandanın üzvləri alırdı. "Qəbələ"nin 2-3 qol şansı oldu. Rəqibə çox imkan verirdik. Halbuki oyunu daha tez bağlamalı idik".

O, "Sumqayıt"la oyundakı heç-heçənin təsadüfi olduğunu söyləyib: "Üzülürük, çünki 2 vacib xal itirdik. Hər oyuna qələbə üçün çıxırıq. Zədəlilərimiz var. Bu gün Kenni Sayefi də itirdik. Mamadu Mbodjun durumu bəlli deyil. Eddi İsrafilovla Azər Əliyevin bizimlə olacaqları də dəqiq bilinmir. Qışadək maksimum xallar qazanmağa çalışacağıq. Qışda yeni transferlər olacaq. Fasilədən sonra daha yaxşı oynayacağımı deyə bilərəm".

47 yaşlı baş məşqçi məyusluğunun yaxaladıqları şansları qola çevirə bilməməklə əlaqələndirib: "Daxilən sevincliyəm. Oyunda bəzi məqamlar var ki, onlar olmamalıdır. Öz epizodlarımız zamanı bəzən düzgün qərar vermirik. Bu da beynimdə müəyyən suallar yaradır".

Regekampf Qodsvey Donyonun çıxışına da toxunub: "Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıla bərabərdir. Onları növbəti matçlara hazırlamalıyıq. Qarşıda çox oyun var. İndi dəyişə biləcəyimiz bir şey yoxdur. Donyo bu gün sonadək döyüşdü. Göstərdiyi əzmkarlıq məndə gələcəyə inam yaratdı".

Təcrübəli mütəxəssis çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Məni xal fərqi maraqlandırmır. Öz problemlərimizi həll etməliyik. Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır. "Sabah" - "Qarabağ" görüşü heç-heçə bitsə, yaxşı olar. Amma buna inanmıram. Çünki açıq futbol gedəcək".

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar