Ronaldo: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldo: “Mançester Yunayted” mənə xəyanət etdi”

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo “The Sun”a nəşrinə qalmaqallı açıqlama verib.

Sports.az xəbər verir ki, Portuqaliyadan olan 37 yaşlı hücumçu klubdakı vəziyyəti, baş məşqçi Erik ten Haqla münasibəti, ona qarşı edilən tənqidlər və s. haqqında danışıb:

“Erik ten Haqa hörmət etmirəm, çünki o da mənə sayğı göstərmir. Sən mənə ehtiram göstərməsən, mən də səni heç vaxt saymaram.
Bəli, "Mançester Yunayted" məni ayrılmağa məcbur edir. Bunu təkcə baş məşqçi deyil, klubdakı başqa 2-3 nəfər də istəyir. Xəyanətə uğradığımı hiss edirəm.

Pikasso deyib ki, yeni bir uğur əldə etmək üçün əvvəlcə hər şeyi dağıtmalısınız. Buna məndən başlayacaqlarsa, heç problem deyil.

Ueyn Runinin niyə məni çox tənqid etdiyini bilmirəm. O, təqaüdə çıxıb, mən hələ də üst səviyyədə oynayıram. Yəqin buna görədir. Dilə gətirmədiyim bir gerçəklik isə ondan daha yaxşı görünməyimdir.

Ser Aleks Ferqyussonun ayrılığından sonra MY-də zərrə irəliləyiş görməmişəm.

Ürəyimin səsini dinləyib “Mançester Yunayted"ə gəldim. Çünki bu klubu və azarkeşlərini sevirəm. Ser Aleks mənə "Mançester Siti"yə getmə" deyəndə, onu dinlədim. 

Baş məşqçi deyilsənsə, niyə "Mançester Yunayted"in sükanı arxasına keçirsən?! Ralf Raqnikin adını daha əvvəl heç eşitməmişdim".

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar