Son 5 mövsümün rekordu

Son 5 mövsümün rekordu

Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib.

Sports.az xəbər verir ki, bu, mövsümün yeni rekordudur. “Bank Respublika Arena”dakı görüşə qədər rekord III turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.

Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.

Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar