Futbol
“Neftçi”nin futbolçusu Gürcüstan millisinə dəvət aldı

14.11.2022 | 16:14
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.
Sports.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.
Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.
Son xəbərlər





























