Futbol
Fati qəza törətdi, motosikletçinin topuğu sındı

15.11.2022 | 12:44
“Barselona”nın hücumçusu Ansu Fati yol qəzası törədib.
Sports.az “Cadena SER”-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu avtomobilini saxlamaq istəyərkən təsadüfən yoldan keçən motosikletçini vurub.
Hadisə nəticəsində zərərçəkənin topuğu sınıb.
Fati İspaniya millisinin DÇ-2022-nin iştirak ərizəsinə daxil edilib.
Son xəbərlər





























