Futbol
“Qarabağ”ın legionerləri Slovakiyaya qarşı oynadılar

18.11.2022 | 11:32
"Qarabağ"ın legionerləri yoldaşlıq görüşündə milli komandalarının heyətində meydana çıxıblar.
Sports.az xəbər verir ki, "köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar.
Hər iki futbolçu matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma isə 2:2 hesabı ilə yekunlaşıb.
Son xəbərlər





























