DÇ-2022: Fil Fodenlə Harri Keyn üçün əlamətdar oyun

DÇ-2022: Fil Fodenlə Harri Keyn üçün əlamətdar oyun

İngiltərə millisinin futbolçusu Fil Foden son 24 ildə dünya çempionatının pley-off matçında iki məhsuldar ötürmə verən ən gənc oyunçu olub.

Sports.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Seneqal üzərində 3:0 hesablı qələbəyə iki assistlə töhfə verərək bunu bacarıb.

22 yaş 190 günlüyündə bu göstəriciyə imza atan Fodenə qədər ən gənc yaşda bunu bacaran futbolçu Braziliya yığmasının sabiq hücumçusu Ronaldo olub. “Yekədiş” DÇ-1998-in pley-offunda iki məhsuldar ötürmə verəndə 21 yaş 284 günlüyündə olub.

Harri Keyn isə qarşılaşmada fərqlənməklə böyük turnirlərdəki qol sayını 11-ə çatdırıb. Dünya çempionatlarında 7, Avropa çempionatlarında isə 4 top vuran hücumçu bu göstərici ilə yeni rekord müəyyənləşdirib. O, 10 qolla ingilislərin ən məhsuldar futbolçusu olan Qari Linekeri qabaqlayıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Fransa ilə qarşılaşacaq.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
“Malyorka”ya bir qol bəs etdi
“Lids”dən inamlı qələbə
“Leççe”dən səfər qələbəsi
“Beşiktaş”dan inamlı qələbə
“Mançester Yunayted”də yeni müqavilə
Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşüb
2-ci Liqada 25-ci turun təyinatları açıqlandı
“Sabah”ın futbolçuları uşaqlarla görüşdülər
Gəncənin Baş Polis İdarəsinin rəisi “Kəpəz”in qonağı oldu
“Qarabağ”ın əvəzedicilərindən darmadağın
Premyer Liqanın 30-cu turu rəqəmlərin gözü ilə
“Heydər Əliyev kuboku”nda 185 boksçu mübarizə aparacaq
Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurdular
“Barselona” iki futbolçusunu satmağa hazırdır
“Nəticəmizin əla olacağına əvvəlcədən inanırdıq”
Bakı-Xankəndi yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
"Fənərbağça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
“Prezident Kuboku”nda son günün qalibləri mükafatlandırılıb
“Barselona” PSJ-nin hücumçusu ilə maraqlanır
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
Oyuna çıxmayan komandaya texniki məğlubiyyət verildi
MY və “Milan” oyunçu mübadiləsi gerçəkləşdirə bilərlər
İki komandaya 210 manatlıq cərimə
Yüksək Liqada 19-cu turun oyun cədvəli açıqlandı
“Qarabağ” 8000, “Neftçi” 700 manat cərimələndi
Azərbaycan “Prezident Kuboku”nu 9 medalla başa vurdu
Millimiz Belarusa ikinci yoldaşlıq matçında qalib gəldi
“Real” mərakeşli mütəxəssislə bağlı təhlil aparır
DAHA ÇOX

Ən çox oxunanlar