Rüstəm Orucov qran-pridə mübarizə aparmayacaq

Rüstəm Orucov qran-pridə mübarizə aparmayacaq

Portuqaliyanın Almada şəhərində keçirilən qran-pridə mübarizə aparan Azərbaycan yığması ciddi itki ilə üzləşib.

Sports.az xəbər verir ki, turnirin ikinci günündə -81 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçumuz Rüstəm Orucov xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, yığmanın həkiminin qərarına əsasən yarışda iştirak etməyəcək.

Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Bu üzdən qran-prinin ikinci günündə Azərbaycanın altı yox, beş cüdoçusu mübarizə aparacaq.

Vüsal Qələndərzadə (73 kq) ilk mərhələdə Samuel Qassner (Avstriya), eyni çəkidəki Nurlan Osmanov Narkiso Matoş (Mozambik) ilə üz-üzə gələcək.

81 kq çəki dərəcəsində yer alan təmsilçimiz Elcan Hacıyev Hikmətulla Turayev (Özbəkistan) / Semedo Klaudiano (Kabo-Verde) cütünün qalibi ilə tatami üzərinə çıxacaq.

Qadınların mübarizəsində Aytac Qardaşxanlı (63 kq) Ani Obradoviçlə (Serbiya) münasibətləri aydınlaşdıracaq.

Nəhayət, Südabə Ağayeva (70 kq) Maya Koqan (İsrail) - Helen Froner (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirin ilk günündə mübarizə aparan 8 cüdoçumuzdan heç biri medal qazana bilməyib. Qran-pri yanvarın 29-dək davam edəcək.

Son xəbərlər
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar