Azərbaycanın 31 məşqçisi IJF Akademiyasının imtahanından keçdi

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb.

Sports.az xəbər verir ki, təlimin birinci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib.

Bu gündən proqramın ikinci hissəsi başlayıb, növbəti imtahan isə 17-18 fevralda baş tutacaq. IJF Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasının IJF Akademiyası ilə 2022-ci ilin martında başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.

Qeyd edək ki, proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar