Millimiz Avropa çempionatına Xorvatiyada hazırlaşır

Millimiz Avropa çempionatına Xorvatiyada hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışı keçir.

Sports.az xəbər verir ki, “Zaqreb Open” turnirində iştirak etdikdən sonra bu ölkənin paytaxtını tərk edən yığma Poreç şəhərinə yollanıb.

Burada Xorvatiya, Finlandiya, Özbəkistan, Litva, Danimarka, Niderland, Çexiya, İsveç, Qazaxıstan, Estoniya, Almaniya, Macarıstan, Fransa, ABŞ, Yaponiya, Bolqarıstan, Çin, İsveçrə, Polşa, Əlcəzair, Rumıniya, Avstriya və Norveç komandalarıyla birgə təlim-məşq toplanışına start verilib. 24 ölkənin güləşçilərinin qatıldığı toplanış əsasən taktiki-texniki çalışmalar üzərində qurulub.

Hazırlıq prosesində millinin 20 üzvü iştirak edir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli (hər ikisi 67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) toplanışda yer alıb.

Titullu güləşçilərdən Rafiq Hüseynov (82 kq) isə bərpa prosesini Bakıda davam etdirir.

Fevralın 20-dək davam edəcək təlim-məşq toplanışı qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

 

Son xəbərlər
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar