Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan millisi yarışda 6 cüdoçu ilə təmsil olunacaq. 

Yarış Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

-60 kq. 
Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)

-66 kq. 
Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)

-73 kq. 
Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar