Azərbaycan güləşçilərindən Sofiyada 2 medal

Azərbaycan güləşçilərindən Sofiyada 2 medal

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start verilib.

Sports.az xəbər verir ki, bu gün ənənəvi yarışda ilk medalçılar müəyyənləşib.

Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan İntiqam gümüş medal qazanıb. İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabıyla üstələsə də, 1/4 finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. İbrahim bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq ölkəmizin hesabına 2-ci medalı yazdırıb.

Elis Manolova (62 kq) A qrupunda 2 amerikalı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçimiz əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn Elis yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. Manolova sabah bürünc medal uğrunda görüşdə yenidən Rocerslə qarşılaşacaq.

Xatırladaq ki, martın 4-də Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli, Georgi Meşvildişvili (hər ikisi 125 kq), Mariya Stadnik və Türkan Nəsirova (hər ikisi 50 kq) da mübarizəyə qoşulacaq. Turnirə bazar günü yekun vurulacaq.

Son xəbərlər
Turun son oyunu qolsuz bitdi
“Everton” səfərdən 1 xalla qayıtdı
“Latsio”dan inamlı qələbə
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar