Sərbəst güləşçilər AÇ-yə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başladılar

Sərbəst güləşçilər AÇ-yə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başladılar

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, qitə birinciliyinin beşinci günündə sərbəst güləş üzrə 5 çəkidə mübarizəyə start verilib.

Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımayıb – 12:2. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarı fonunda türkiyəli Tolqa Özbekə minimal fərqlə uduzub – 4:5. Novruzov bürünc medal uğrunda görüşdə Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.

Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanıb – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırıb. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.

Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olub – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) tam üstünlüklə qalib gəlib. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanıb. Maqomed-Başir finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.

Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında sonra Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzub – 2:5. Səbuhi bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Son xəbərlər
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
“Barselona” “Bayern”in ulduzunu satın ala bilər
AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
Millimizin oyunlarının başlama saatı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar