Azərbaycan yığması Bremendə birinci yeri tutdu

Azərbaycan yığması Bremendə birinci yeri tutdu

26 martda Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında Beynəlxalq Masters turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Sports.az xəbər verir ki, turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli yığma komandanın 17 üzvü ilə təmsil olunub. 

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Turnirdə Nicat Şirinov (-60 kq.) və Qadir Hüseynov (-73 kq.) qızıl medal, Aydın Rzayev (-66 kq.) gümüş medal, Əli Hacıyev isə (-60 kq.) bürünc medal qazanıb. 

Məmmədrza Hacızadə (-81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (-90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (-100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Qeyd edək ki, idmançılarımız 27-29 mart tarixlərində Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar. 

Son xəbərlər
Sakki Fabreqası qiymətləndirdi
“Antalyaspor” və “Rizəspor”dan qələbə
Kapello çempionluq mübarizəsində “Yuventus”a gərəkli amili açıqladı
Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi
Sumqayıtda region birinciliyi keçiriləcək
“Qəbələ” “Sabah”a belə uduzdu – VİDEO
“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
“Bəxtimiz gətirmədi” – Sxadadze
Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi
“Sabah” “Qəbələ”yə qalib gəldi
Keyn “Köln” üzərində qələbəni şərh etdi
Pioli “Fiorentina”dan qovulmağa yaxındır
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib
Gəncədə UEFA-nın C kateqoriyalı məşqçi kursu başa çatıb
“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
Rafael Ağayev eşitmə məhdudiyyətli karateçilərlə görüşüb
1-ci turdan təxirə salınmış oyunun tarixi bəlli oldu
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi
“Everton”un müdafiəçisi uğrunda mübarizə qızışır
“Bayern”dən rekord gəlir
Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşdi
“Lokomotiv”in ulduzu Fransa nəhənginin diqqət mərkəzinə düşdü
“Quba” və “Şəki Siti”dən heç-heçə, “Dinamo”dan qələbə
“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”a uduzdu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
“Barselona” “Bayern”in ulduzunu satın ala bilər
AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
Millimizin oyunlarının başlama saatı açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar